“English Akademy” Beynəlxalq Dil Mərkəzi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə əməkdaşlıq çərçivəsində 4 nömrəli tam orta məktəbdə...
“English Akademy” Beynəlxalq Dil Mərkəzi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə əməkdaşlıq çərçivəsində 4 nömrəli tam orta məktəbdə “Təhsil ilə gələcəyə doğru” tədbirlər silsiləsi çərçivəsində növbəti tədbir təşkil etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin direktoru Elnurə Cavadzadə tədbir iştirakçılarını salamladı və tədbirin şagirdlərdə intelektual və mənəvi dünyanın zənginləşdirilməsinə xidmət etdiyini bildirdi.M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova “Müasir gənclik və mütaliə” movzusunda çıxış edərək qeyd etdi ki, tədbirin məqsədi şagirdlərdə oxu, mütaliə vərdişlərini formalaşdırmaqla onların biliklərini düşüncə ilə sıx bağlamaqdır, unutmayaq ki, kitaba açılan hər səhifə gələcəyə açılan bir qapıdır.Pedaqoq-təlimçi Rövşəntac Cəfərova “Düzgün ixtisas və peşə seçimi” ilə bağlı etdiyi çıxışında vurğuladı ki, düzgün ixtisas və peşə seçimi şagirdlərin gələcək uğurlarının təməlini təşkil edir və onların potensialını düzgün istiqamətləndirməyə kömək edir, bu isə gəncin həyat yolunun ən vacib amilidir.Psixo-pedaqoq, təlimçi Səbinə Əsədova “Zamanın idarə olunması və effektiv öyrənmə stategiyası” çıxışı ilə şagirdlərə vaxtlarını düzgün planlaşdırmağı, gün ərzində fəaliyyətlərini səmərəli bölüşdürməyi və bunun uğurlu təhsil üçün vacib şərt oldugunu tövsiyə etdi.Universitet tələbəsi Aliyə Ağakişiyeva təhsilin şagird, tələbə həyatındakı əhəmiyyətindən danışaraq, gəncin həyatının hər mərhələsində inkişafında mühüm rol oynadığını vurğuladı.Psixoloq, təlimçi Hüsniyyə Abbasova “İmtahan stressinin idarə olunması” üçün şagirdlərlə dialoq edərək nəfəs məşqləri keçirdi, imtahan zamanı həyəcan və stressin azalmasına kömək edən faydalı tövsiyələr verdi.Tədbirin sonunda ingilis dili üzrə mütəxəssis və tədbirin təşkilatçısı Maya Cəfərova bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirdi, gənclərin təhsilinə yönəlmiş bu cür tədbirin onların maariflənməsinə, şəxsi inkişafına xidmət etdiyini vurğuladı.