“Mavi səma üçün velosipedlə” çağırışına qoşulan hər kəsə təşəkkür edirik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının birgə təşkilatçılığı ilə 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının birgə təşkilatçılığı ilə 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə “Mavi səma üçün velosipedlə” çağırışı elan edilmişdir. Çağırış çərçivəsində hər kəs həftəsonu istirahətə və ya işə gedərkən yolunu velosipedlə qət etməyə və bu anı sosial şəbəkələrdə paylaşmağa dəvət olunmuşdur.

Aksiya çərçivəsində vətəndaşlar tərəfindən maraqlı və kreativ foto və videolar sosial şəbəkələrdə paylaşılıb. Çağırışa dəstək xarakterli paylaşımlar təmiz havanın qorunmasının, ekoloji şüurun artırılmasının və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verib.

Təşəbbüsə dəstək verərək ətraf mühitin mühafizəsində rolu olan hər kəsə hədiyyələr təqdim ediləcək:

🏆 Xedicehacili

🏆 Sabagafarli

🏆 ayazmirzayev

🏆 Sonyasabasova085

🏆 Jafar_mikayilzade

🏆 Psixoloq_vi

🏆 Dr.gunayahmadova

🏆 Nazakat Kerimova

🏆 Pasha_mamedov1965

🏆 Leyla_593

🏆 Ayka_250877

🏆 Evez_216

Eyni zamanda çağırışın daha çox izləyicini əhatə etməsində rolu olan “velosiped_telimi_seherle” və “Hara_gedə_bilərəm” səhifələrinə də hədiyyələr təqdim olunacaq.

Hər kəsi gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlik belə təşəbbüslərdə aktiv iştirak etməyə çağırırıq.

Qeyd edək ki, iştirakçıların hər biri ilə əlaqə saxlanılacaq.

  • Haqqında
    Asim Valiyev

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Diqqətinizi Çəkə Bilər