Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının birgə təşkilatçılığı ilə 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə “Mavi səma üçün velosipedlə” çağırışı elan edilmişdir. Çağırış çərçivəsində hər kəs həftəsonu istirahətə və ya işə gedərkən yolunu velosipedlə qət etməyə və bu anı sosial şəbəkələrdə paylaşmağa dəvət olunmuşdur.
Aksiya çərçivəsində vətəndaşlar tərəfindən maraqlı və kreativ foto və videolar sosial şəbəkələrdə paylaşılıb. Çağırışa dəstək xarakterli paylaşımlar təmiz havanın qorunmasının, ekoloji şüurun artırılmasının və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verib.
Təşəbbüsə dəstək verərək ətraf mühitin mühafizəsində rolu olan hər kəsə hədiyyələr təqdim ediləcək:
Xedicehacili
Sabagafarli
ayazmirzayev
Sonyasabasova085
Jafar_mikayilzade
Psixoloq_vi
Dr.gunayahmadova
Nazakat Kerimova
Pasha_mamedov1965
Leyla_593
Ayka_250877
Evez_216
Eyni zamanda çağırışın daha çox izləyicini əhatə etməsində rolu olan “velosiped_telimi_seherle” və “Hara_gedə_bilərəm” səhifələrinə də hədiyyələr təqdim olunacaq.
Hər kəsi gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlik belə təşəbbüslərdə aktiv iştirak etməyə çağırırıq.
Qeyd edək ki, iştirakçıların hər biri ilə əlaqə saxlanılacaq.
