“Ulu Türk” Teatrı fəaliyyətə başlayır

“İstanbul Azerbaycan Qazetecileri Dayanışma ve Yardımlaşma Derneği”nin nəzdində yaradılan “Ulu Türk Tiyatro”sunun yaradıcılıq işlərinə start verilib Teatrın direktoru Sadiq Nasir...

“İstanbul Azerbaycan Qazetecileri Dayanışma ve Yardımlaşma Derneği”nin nəzdində yaradılan “Ulu Türk Tiyatro”sunun yaradıcılıq işlərinə start verilib

Teatrın direktoru Sadiq Nasir jurnalistlərə açıqlamasında bildirib ki, teatr fərqli bir üslubda çıxış edəcək. Hazırda səhnə hazırlığı və məşqlərə başlanılıb:

“Direktoru olduğum “Ulu Türk” Teatrı türk dünyasının ortaq tarixi, milli-mənəvi dəyərləri, mədəni irsi və ədəbi-bədii sərvətlərinin təbliği, qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə fəaliyyət göstərən mədəniyyət ocağı olacaqdır.


Məqsədimiz Türk xalqlarının tarixi və mədəni birliyini səhnə əsərləri vasitəsilə tanıtmaq, Azərbaycan və türk dünyasının görkəmli şəxsiyyətlərini, qəhrəmanlarını və sənət adamlarını teatr tamaşalarında yaşatmaq, eləcə də gənc nəslin vətənpərvərlik, milli kimlik və mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə verməkdir.
Fəaliyyət planımızın əsasını klassik və müasir dramaturgiya nümunələrini səhnələşdirmək, beynəlxalq teatr festivallarında iştirak etməklə türk mədəniyyətinin dünyada təbliğinə xidmət etmək təşkil edir.
Mərkəzi Türkiyədə yerləşən teatrımız Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin inkişafına dəstək verəcək, sənədli-bədii kompozisiyalar, poeziya gecələri və maarifləndirici layihələr təşkil edərək
“Vətən, millət, mədəniyyət – Ulu Türk!” – şüarıyla türk dünyasına ayaq açacaq.

  • Haqqında
    Asim Valiyev

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Diqqətinizi Çəkə Bilər