Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Qorunması Günüdür

Hər il bu tarixdə dünya ictimaiyyəti ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır. Ozon təbəqəsi atmosferin stratosfer qatında yerləşərək, günəşdən gələn zərərli...

Hər il bu tarixdə dünya ictimaiyyəti ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır. Ozon təbəqəsi atmosferin stratosfer qatında yerləşərək, günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur və Yer üzündəki canlıların sağlamlığını qoruyur.

Lakin uzun illər xlor və brom tərkibli kimyəvi maddələrin istifadəsi nəticəsində ozon qatı incəlmiş, xüsusilə də Antarktika üzərində ozon deşiyi müşahidə olunmuşdur. Bu təhlükəli prosesin qarşısını almaq üçün 1985-ci ildə Vyana Konvensiyası, 1987-ci ildə isə Monreal Protokolu qəbul edilmiş və qlobal miqyasda mühüm nəticələr əldə olunmuşdur.

Bu il günün mövzusu “Elmdən qlobal fəaliyyətə”dir. Bu şüar elm adamlarının araşdırmalarının praktiki həllərə çevrilməsinin, hər kəsin məsuliyyətli davranışının vacibliyini vurğulayır.

  • Haqqında
    Asim Valiyev

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Diqqətinizi Çəkə Bilər