Bilik Günü münasibətilə gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə öyrənməyə həvəsli 17–25 yaş arası gənclər üçün “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilir.
Qeydiyyat: 15-25 sentyabr
Təlimin müddəti: oktyabr – noyabr
Vaxt: təlimlər əsasən günün ikinci yarısında keçiriləcək
Bu proqramda sizi nələr gözləyir?
Nəzəri hissə:
Ətraf mühitin qorunmasında hüquqi yanaşmalar: milli və beynəlxalq çərçivə
Bioloji müxtəlifliyin qorunması və davamlı gələcək
Tullantıların idarə edilməsi: müasir tullantı idarəçiliyi və dövri iqtisadiyyat
Meşə idarəetməsi və yeni yanaşmalar
Texnologiya və təbiət: rəqəmsal ekologiya və innovativ yanaşmalar
Layihələrə ekoloji baxış: ətraf mühitə təsirin qiymətləndirilməsi və əlavə dəyər
İqlim dəyişmələri: erkən xəbərdarlıq sistemlərinin rolu
Sosial şəbəkələr üçün ekoloji mesajların vizual təqdimatı: ekoloji kontent hazırlığı və s.
Praktiki hissə:
Ağacəkmə aksiyalarında iştirak
Tinglik sahələri ilə tanışlıq
Situasiya Mərkəzinə ekskursiya
Milli parklara səfər
Qrup işlərinin təşkili
Proqramın sonunda imtahan təşkil olunacaq və uğurla iştirak edən gənclər sertifikat əldə edəcəklər.
Qeydiyyatdan keçmək üçün link:
